Elçin Əliyev Tbilisidə "Alyans Gənclər Mərkəzi"nin qonağı olub.

Elçin Əliyev Gürcüstanın paytaxtı Tbilisidə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarından biri olan "Alyans Gənclər Mərkəzi"nin qonağı olub. Səfər zamanı Elçin Əliyev, Gürcüstanda yaşayan azərbaycanlı gənclərlə və Mərkəzin rəhbərliyi ilə görüşərək diasporanın fəaliyyətlərini gücləndirmək və iki ölkə arasında münasibətləri daha da inkişaf etdirmək məqsədilə fikir mübadiləsi aparıb. Görüşdə Elçin Əliyev, Gürcüstan azərbaycanlılarının Azərbaycan-Gürcüstan münasibətlərindəki roluna diqqət çəkərək, gənclərin təhsil, mədəniyyət və sosial layihələrdə fəal iştirak etməsinin vacibliyini vurğulayıb. Həmçinin Alyans Gənclər Mərkəzi ilə əməkdaşlıq imkanları müzakirə edilib və gələcəkdə həyata keçiriləcək layihələr barədə danışıqlar aparılıb.

9/15/2023