Elçin Əliyev

Təltiflər

Elçin Fəzail oğlu Əliyev 31 oktyabr 1993-cü ildə Astara rayonunun Koraoba (indiki Tüləgüvan) kəndində anadan olub.

2000–2011-ci illərdə Bakı şəhəri 266 saylı orta məktəbdə orta təhsil, 2005–2007-ci illərdə isə Bakı şəhəri 7 saylı uşaq musiqi məktəbində musiqi təhsili alıb.

2011–2014-cü illərdə Bakı Qida Sanayesi Kollecində "Turizmin təşkili" ixtisası üzrə, 2016–2020-ci illərdə isə T.C. Anadolu Universitetində "Biznesin idarəolunması" ixtisası üzrə ali təhsil alıb.

2014–2025-cü illər ərzində informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən müxtəlif şirkətlərdə, həm texniki, həm də rəhbər vəzifələrdə çalışaraq yerli və beynəlxalq əhəmiyyətli bir çox layihələrdə iştirak edib. Hazırda isə ölkənin qabaqcıl texnologiya şirkətlərindən birində sektor müdiri vəzifəsini icra edir.

  • "Vətən müharibəsi iştirakçısı" medalı (2022)

  • "Kəlbəcərin azad olunmasına görə" medalı (2021)

2017-ci ildə müəllimi, xalq artisti Fidan Hacıyeva ilə birgə, onun adını daşıyan vokal musiqi məktəbinin təsis edilməsinin əsas təşəbbüskarlarından biri kimi həmin məktəbin ilk direktoru olub.

2020-ci ildə 44 gün davam edən "Vətən Müharibəsi" iştirakçısıdır və Kəlbəcərin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Daha sonra işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatlarında olub.

2024-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinə 79 saylı Astara seçki dairəsindən namizədliyini irəli sürsə də müraciəti qəbul edilməyib.

"Azərbaycanda komanda idman növləri" haqqında ensiklopediyanın müəllifidir.

20 ildən artıqdır ki, Vikipediya Açıq Ensiklopediyasında könüllü kimi fəaliyyət göstərir və Azərbaycan dilində bilik və məlumat resurslarının inkişafına töhfə verir. Bu illər ərzində "Wikimedia CEE Meeting 2023 (Tbilisi)", "Turkic Wikimedia Conference 2023 (İstanbul)", "Wikimedia CEE Meeting 2024 (İstanbul)" və "Wikimedia CEE Meeting 2025 (Saloniki)" beynəlxalq vikimediya konfranslarında Azərbaycan dilli icmanı təmsil edib.

İngilis və türk dillərini bilir.

Evlidir. Üç övladı var.

© 2026. Bütün hüquqlar qorunur.