Elçin Əliyev Əskişəhər Azərbaycanlılar dərnəyini ziyarət edib.

11.06.2014

Elçin Əliyev Türkiyənin Əskişəhər şəhərində fəaliyyət göstərən "Əskişəhər Azərbaycanlılar Dərnəyi"ni ziyarət edib. Ziyarət zamanı dərnəyin sədri ilə gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

Görüş zamanı Elçin Əliyev görüşün əsas məqsəd və istiqamətləri barədə ətraflı məlumat verərək, Azərbaycanın tanıdılması, mədəni əlaqələrin gücləndirilməsi və diasporla birgə layihələrin həyata keçirilməsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

"Eskişəhər Azərbaycanlılar Dərnəyi"nin sədri Cavid Aydın görüşdən məmnunluğunu ifadə edərək, dərnəyin fəaliyyəti, həyata keçirdiyi mədəni və ictimai tədbirlər barədə məlumat verib. O, Azərbaycanda və xaricdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının sayının artmasının və onların bir-biri ilə sıx əməkdaşlıq etməsinin diaspor fəaliyyətləri üçün əhəmiyyətli töhfə verəcəyini bildirib.

Görüşün sonunda Elçin Əliyev "Əskişəhər Azərbaycanlılar Dərnəyi" sədrinə dostluq və əməkdaşlıq mükafatını təqdim edib. Cavid Aydın isə öz növbəsində Elçin Əliyevə dərnəyin rəmzi olan xüsusi döş nişanı hədiyyə edərək, bu dostluğun və qarşılıqlı əlaqələrin gələcək illərdə daha da möhkəmlənəcəyinə inandığını bildirib.