Elçin Əliyevin iştirakı ilə Fidan Hacıyeva Musiqi Mərkəzinin ilk konserti olub.
25.02.2017
Bu gün Fidan Hacıyeva Musiqi Mərkəzi tələbələrinin, Xocalı soyqırımına həsr olunmuş və ilk konsert proqramı təşkil olunub. Fidan Hacıyevanın tələbəsi Elçin Əliyev də konsert proqramında iştirak edib və "Küçələrə su səpmişəm" xalq mahnısını ifa edib. Konsertin dinləyiciləri arasında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Karol Meri Krofts da olub.


